1918-ci il Kürdəmir faciəsi

7 ay əvvəl     Tarix 0
1918-ci il Kürdəmir faciəsi

Qanlı torpaq... Qan qoxulu məmləkət... Qanlı-qadalı savaşların, üsyanların, işğalların, mübarizələrin şahidi yurd... Zaman-zaman tarixi gizlədilən, dəyişdirilən təkcə düşməni dəyişməyən Xalq!

1918-ci il. Türk-müsəlman qanına susayan erməni-rus daşnakları Şaumyanın başçılığı altında azərbaycanlıların soyqırımına start vermişdi. Bakıda, Qubada, Salyanda, Şamaxıda artıq faciələr törədilmişdi. Dişi qana batan bu quduz köpəklər Bakı-Gəncə istiqamətində öz məkrli niyyətlərini həyata keçirməkdə davam edirdilər. Bölgə-bölgə, mahal-mahal dolanan bu qara çovğun Kürdəmir mahalında da uğuldamağa xüsusi əmr almışdır. Beləliklə, Kürdəmir əhalisini soyqırıma məruz qoymaq üçün Şamaxı və Hacıqabul istiqamətlərində ermənilərdən ibarət bolşevik rus qoşunları hərəkətə başlamışdı.

1 iyun gecəikən Cəyli, Qaravəlli, Qarasaqqalı, Qarabucaq, Xəlilli, Qasımbəyli, Ərəbmehdibəyli kəndlərinə basqın etdilər. Evlər, məscidlər, dükanlar qarət olunur, yandırılır, dinc əhali isə məhv edilirdi. 14-cü qırmızı Qafqaz batalyonu, qırmızı ordunun 16-cı, 17-ci, 18-ci, 21-ci birləşən batalyonları Qriqori Korqanyanın başçılığı altında Karrar stansiyasını ələ keçirmək uğrunda yerli dəstələr arasında iki gün qanlı döyüş oldu. Şamaxı-Ağsu istiqamətindən eyni vaxtda Kürdəmirə soxulan Stepan Lalayanın və Srvanstsyan Amazaspın dəstəsi Ərəbmehdibəyli, Mustafalı, Qaraqoyunlu, İlxıçı, Novcu, Təklə, Mürtülü, Dəyirmanlı, Şımıxlı, Şahsevən, Qaraqocalı, TopalHəsənli və başqa kəndləri viran etdilər.

Xalqın bu çətin günlərində xalq arasından çıxmış Heydər oğlu Mustafa bəy, Saday bəy, Xələf bəy, Səftər bəy, Məlik bəy, Pənah bəy, Usub bəy kimi yüzbaşıları, Məlik Mahmud, Həsən bəy, Hacı Əliabbas, Hacı Nuğay, Molla Əliş, Carlılı Qüdrət, Şımıxlı Abdürrahman, Xırdapaylı Cahan, Qarasaqqalı Əhməd bəy fədakarlıq göstərmişdilər. Faciə ərəfəsində Sığırlı, Karrar, Qarasaqqallı və Şilyan kəndində yerli Müsavat partiyası güclü fəaliyyət göstərirdi. Sığırlı, Karrar, Qarasaqqalı kəndləri artıq işğal olunmuşdur. Növbə Şilyanın idi. Erməni-rus dəstələri kəndə Ucar tərəfdən "Siyaçalan" deyilən ərazidən daxil oldu. Şərifli məhəlləsinə daxil olan ermənilərin ilk qurbanı Molla Vəlinin qızı oldu. Ermənilər onu sinəsi üstündə samovar qaynadaraq öldürmüşdülər. Kənd camaatı Qarasu gölündə gizlənməyə fürsət tapmışdı. Tərəcə qayıqlarda qocaları, xəstələri, uşaqları suyun ortasında gizlətmişdilər. Ermənilər camaatı tapıb məhv edirdilər. Şilyan camaatının tək çıxış yolu Sorsor istiqamətində "Zülm arxı" kimi tanınan bərəylə sürünərək Musakörpünü keçmək oldu. Erməni daşnakları evləri talamaqda, yandırmaqda davam edirdi.

Nuru paşanın göstərişi ilə türk əsgərləri öz qardaşlarının köməyinə çatmışdılar. Kürdəmir camaatı türk əsgərlərinin Gəncəyə daxil olmasından hali idi və tezliklə köməyə gələcəklərinə əmin idilər. İlk olaraq Kürüstü bölgəyə yetişən türk əsgərlərini buranın Qaçaq Nəbisinə çevrilən Saday bəy qarşılamış və dəstək verəcəyini bildirmişdir. Yerli könüllülər də bu dəstəyə qoşulmuşdu.

İyun ayının axırlarında Sorsor istiqamətində düşmən qüvvəsi ilə üzləşən Türk-Müsavat qüvvələri erməni daşnaklarını çətinliklə də olsa məhv etməyə müvəffəq olmuşdu. Daha sonra Şilyana gələrək erməni dığalarını sıxışdıraraq Qarasu nohurunda batırmışdılar. Bu gün də həmin ərazi "ermənibatan" yeri kimi tanınır.

Müsüslü, Qarasaqqalı, Qarabucaq, Karrar və Sığırlıda gedən döyüşlər nəticəsində bu ərazilər ermənilərdən təmizlənmişdir. Nəhayət, iyul ayının 7-də Nuru paşa Osmanlı Sultanı V-ci Mehmet Vahidəddindən təbrik teleqramı aldı. Ümumilikdə 35 kənd yandırlmış, məktəblər, məscidlər dağıdılmış, minlərlə insan öldürülmüş və işgəncələrə məruz qalmışdır. Erməni vəhşilikləri vətənimizin hər məkanında yaraya dönmüş və bu yara bu gün də davam edir.

Kürdəmir faciəsi də digər faciələrdən geri qalmayaraq yaddaşlarımıza həkk olunmuşdur. Ancaq bu faciədən qələbə sevinci ilə qaldırdı ayağa, Kürdəmirliləri də türk qardaşları. Türk türkü darda qoymaz. Tarixi düşmənlərimiz bir daha bunun şahidi oldular. Türkün Türkdən başqa dostu yoxdur axı. Tanrı qorusun türk ər və ərənlərini...

Anar Gülümsoy

Oxunub : 254



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!