1989-cu ildə üçrəngli bayrağımızı Gəncədə İcra Hakimiyyəti binasının üzərinə kim sancmışdı? - TARİX

1 il əvvəl     Tarix 0
1989-cu ildə üçrəngli bayrağımızı Gəncədə İcra Hakimiyyəti binasının üzərinə kim sancmışdı? - TARİX

GancaPost portalı xəbər verir ki, 1989-cu ilin noyabr ayının 12-də Gəncə şəhərində Meydan Hərəkatının ildönümü ilə bağlı keçirilən mitinqdə üçrəngli bayrağımızı ilk dəfə Gəncə şəhər İcra Hakimiyyəti binasının üstünə sancan Milli Azadlıq Hərəkatının iştirakçıları Məmməd Əmrahov (Bayraqdar Mamed) və Vüqar Musayev olmuşdur.

Məmməd Əmrahovun Milli bayrağımızı Gəncə şəhər İcra Hakimiyyətinin üzərində dalğalandırılması ilə bağlı xatirəsi: "1989-cu ilin noyabr ayının 12-də Gəncədə Meydan Hərəkatının ildönümü ilə bağlı mitinq keçirilirdi. Şəki İpək Fabrikində dostlarımızın köməkliyi ilə ipəkdən Milli bayrağımızı tikdirmişdik. Nə olur olsun, bayrağı bu gün Gəncə şəhər İcra Hakimiyyətinin üzərinə sancmağa qərar vermişdik. Həmin gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gəncə şəhər Təşkilatının sədri Rasim Mürsəlovun tapşırığı ilə mən və əqidədaşım Vüqar Musayev İcra Hakimiyyətinin binasının üstünə çıxdıq. İlk öncə Azərbaycan Sovet bayrağını çıxartdıq, sonra İcra Hakimiyyətinin üzərindəki sovet qerbini və kommunist şüarlarını qırıb dağıdaraq yerə atdıq. Və nəhayət, Milli bayrağımızı binanın üstündəki dirəyə sancdıq. Bu hadisədən sonra dəfələrlə təqib və təzyiqlərə məruz qaldım. Çünki, hələ Sovet Hakimiyyəti süquta uğramamışdı. Amma çox qürur hissi keçirirəm ki, bu tarixi hadisəni həyata keçirmək məhz mənə qismət oldu".

GancaPost.com

Oxunub : 2144


    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!