Ağstafada Gəncə sakini öldürülüb, maşını yandırılıb

6 ay əvvəl     Ölkə 0
Ağstafada Gəncə sakini öldürülüb, maşını yandırılıb

Ağstafada baş verən dəhşətli qətllə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib. S.Əliyevin qətlə yetirildiyi məlum olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.

Ağstafa rayonunda törədilmiş qətlə bağlı Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu Ağstafa rayonuna ezam ediliblər.

Bunu APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxunub : 490



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!