ATƏT Azərbaycanda Prezident seçkilərini müşahidə edəcək

10 ay əvvəl     Siyasət 0
ATƏT Azərbaycanda Prezident seçkilərini müşahidə edəcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək barədə qərar verib.

GancaPost.com ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, bir müddət öncə Azərbaycana gələn təşkilatın qiymətləndirmə missiyası səfərlə bağlı hesabat açıqlayıb və Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə etməklə bağlı tövsiyə verib.

Hesabatda ölkədə seçki prosesini izləmək üçün 30 uzunmüddətli, səsvermə gününü izləmək üçün isə 280 müşahidəçinin göndərilməsi tövsiyyə olunub.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan bildirilir ki, standart metodologiya ilə yanaşı seçki müşahidə missiyasına media monitorinqi də əlavə ediləcək.

Oxunub : 219


    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!