Avropa İttifaqı Azərbaycan xalqına başsağlığı verib

10 ay əvvəl     Siyasət 0
Avropa İttifaqı Azərbaycan xalqına başsağlığı verib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Bu barədə 'Report'a Aİ-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib. 'Biz həyatını itirən insanların ailələrinin və Azərbaycan Xalqının dərdinə şərik olub yaralılara şəfa diləyirik”, – deyə nümayəndəlikdən bildiriblər.

Qeyd edək ki, martın 2-də, saat 06:10-da Bakının Xətai rayonu ərazisindəki Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Nəticədə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 08:30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb.

Oxunub : 210


    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!