"Azərbaycanda islahatlara dəstək verməyə davam edəcəyik"

6 ay əvvəl     Siyasət 0

"Biz Azərbaycanın dayanıqlığın artırılması, xüsusilə iqtisadiyyatın diversifikasiyası sahəsindəki səylərini görürük".

APA-nın məlumatına görə, Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanın bu sözləri Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair hesabatda yer alıb. O bildirib ki, Aİ Azərbaycanda çoxşaxəli, güclü və inklüziv cəmiyyətin qurulmasına kömək etmək üçün yeni iqtisadi və sosial aktorların yaranmasını dəstəkləməyə hazırdır: “Biz dövlət Administrasiyası və Ədliyyə sahəsində islahatlara dəstək verməyə davam edəcəyik. Bu, qanunun aliliyini gücləndirəcək və Azərbaycanı investorlar üçün daha cəlbedici edəcək. Biz həmçinin sabahın çətinliklərinin öhdəsindən gəlmək sahəsində vacib bacarıqların inkişafı üçün vacib olan təhsil sahəsinə də dəstək verəcəyik”.

Oxunub : 199



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!