“Azərişıq” Gəncədə yarımstansiyalar inşa edir

3 ay əvvəl     İqtisadiyyat 0
“Azərişıq” Gəncədə yarımstansiyalar inşa edir

Gəncə şəhərində Yeni Gəncə, Məhsəti qəsəbələrində və şəhərin vağzalyanı hissəsində 110\35\10 kilovotluq yarımstansiyalar inşa olunur. 

Bu barədə “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, Gəncə şəhərinin elektrik təsərrüfatının yenilənməsinin əsas məqsədi köhnə və istismar müddəti sona çatan yarımstansiyaların yenidən qurulmasıdır:

“Ötən il inşasına başlanılan “Yeni Gəncə” yarımstansiyasında işlər yekunlaşsa da, digər iki yerdə işlər davam etdirilir. Şəhərdə hazırda mövcud olan yarımstansiyalar 1950-ci illərdə istifadəyə verilib. İşlər tam yekunlaşdıqdan sonra daha 3 yarımstansiyada yenidənqurma işləri aparılacaq. “Yeni Gəncə” yarımstansiyası 50 min əhalinin enerji tələbatını ödəyəcək. Məhsəti qəsəbəsində və şəhərin vağzalyanı hissəsində inşa edilən stansiyalar isə ümumilikdə, təxminən, 40 min əhali üçün nəzərdə tutulub”.

Qeyd edək ki, yeni qurulan yarımstansiyalar şəhər əhalisi ilə yanaşı, ərazi üzrə zavod və fabriklərin də enerji təminatını həyata keçirə biləcək.

Oxunub : 102



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!