Bakıdan Gəncəyə sürət qatarı açılır

2 ay əvvəl     İqtisadiyyat 0
Bakıdan Gəncəyə sürət qatarı açılır

Növbəti il Bakıdan Gəncəyə sürət qatarının fəaliyyətə başlaması nəzərdə tutulub. Qatarın paytaxtdan Gəncəyə təxminən 4 saata çatacağı hesablanıb.

"Report"un xəbərinə görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

"Bu istiqamətdə gediş haqqının 10-14 dollar və ya təqribən 20 manat olması nəzərdə tutulub. Həmçinin, bu istiqamətdə hərəkət edəcək qatarlar sərnişinlərin bütün zəruri ehtiyacları və rahatlığı üçün lazımi şəraitlə təmin olunacaq",- deyə C.Qurbanov əlavə edib.

Oxunub : 83



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!