'Bizə Putin kimi lider lazımdır'

7 ay əvvəl     Dünya 0
'Bizə Putin kimi lider lazımdır'

'Avropaya Putin kimi liderlər lazımdır'.

Axar.az xəbər verir ki, bu sözləri holland siyasətçisi Gert Vilders deyib. O, Putinin siyasətindən narazı qalsa da, ona heyranlığını gizlətməyib: 'Siz nə desəniz də, Putin liderdir. Mən onun yeritdiyi siyasətdən çox şeyi tənqid edirəm, lakin ona və Trampa heyranam. Onlar öz xalqlarının maraqlarını qoruyurlar. Avropada onlar kimi lider çatışmır. 30 ölkəni birləşdirən və hələ də genişləndirməyə cəhd göstərən Avropada şəxsiyyət hissi yoxdur”.

Qeyd edək ki, Gert Vilders Hollandiyada islamafob çıxışları ilə seçilir. O, hökumət başçısı seçiləcəyi təqdirdə ölkədəki bütün məscidləri bağlayacağını, heç bir miqrantı Hollandiyaya buraxmayacağını bildirib.

Hollandiyada hazırda Ultrasağçı Azadlıq Partiyasının lideri olan Vildersin reytinqi yüksəkdir.

Oxunub : 194



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!