Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb

2 həftə əvvəl     Mədəniyyət 0
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb

2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.

APA-nın məlumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı Kadzuo İsiquro layiq görülüb.

Yazıçı 8 noyabr 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub. Beş yaşında olarkən onun ailəsi İngiltərəyə köçüb. K.İsiquro 1978-ci ildə Kent Universitetində bakalavr dərəcəsi alıb. 1981-ci ildən yaradıcılıqla məşğuldur. O, “Məni getməyə qoyma”, “Uşaqlığımı axtaranda”, “Uzaq təpələr” və s. romanları ilə məşhurdur.

“Məni getməyə qoyma” romanı əsasında film də çəkilib.

1901-ci ildən təqdim olunan Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülüb.

Mükafatın məbləği 1 milyon dollardır.

Oxunub : 17



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!