Gəncədə hazırlıq kursunun mühasibi bıçaqlanıb

6 gün əvvəl     Ölkə 0
Gəncədə hazırlıq kursunun mühasibi bıçaqlanıb

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub. Şəhər sakini 31 yaşlı Sənan Tahirov bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə aparılıb. Dərhal tibbi yardım göstərilən yaralının vəziyyəti orta-ağırdır. GancaPost portalı ARB TV-yə istinadən xəbər verir ki, Sənan Tahirov Gəncənin Mirzə Abbas Abbaszadə küçəsində yerləşən Hazırlıq kurslarından birinin mühasibidir və onu iş otağında bıçaqlayıblar. İlkin məlumata görə, Tahirova əvvəllər kursda çalışmış, münaqişə yaşadığı Anar Paşayev xəsarət yetirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Oxunub : 15



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!