Gəncədə lisey və gimnaziyalara qəbul imtahansız olacaq

8 ay əvvəl     Elm 0
Gəncədə lisey və gimnaziyalara qəbul imtahansız olacaq

2018-2019-cu tədris ili üçün Gəncə, Sumqayıt və Abşerondakı lisey və gimnaziyalara uşaqların 1-ci sinfə qəbulu imtahansız keçiriləcək.

GancaPost portalı Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib. Əgər gimnaziya və liseylərin xidməti ərazilərində yaşayan uşaqların 1-ci sinfə qəbulu zamanı həmin uşağın imtahan verməsi tələb olunarsa, valideynlər bununla əlaqədar Təhsil Nazirliyinin “Qaynar xətti”nə şikayət edə bilərlər.

C.Valehov müraciət edən valideynin hüquqlarının qorunacağını söyləyib.

O bildirib ki, bu ildən Sumqayıt, Gəncə və Abşeronda məktəbəqədər qruplara qəbulun elektron qaydada keçirilməsi nəzərdə tutulur.

Oxunub : 180



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!