Gəncədə maskalı şəxslər evə basqın etdi

7 ay əvvəl     Ölkə 0
Gəncədə maskalı şəxslər evə basqın etdi

Gəncə şəhərində maskalı şəxslər evə silahlı basqın edib. Hadisə Cavadxan qəsəbəsində olub.

GancaPost saytı xəbər verir ki, Mingəçevir şəhərindən Gəncəyə işləmək məqsədi ilə gələn, 20 yaşlı Əbruz Mikayıllı kirayə yaşadığı evə maskalı şəxslərin silahlı basqın etməsi barədə "102" xidmətinə zəng edib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakini - Elxan Yaqubov və Tərtər rayon sakini Adil Nuriyev dəmir barmaqlıqları qıraraq evə daxil olublar.

Polis əməkdaşlarının zərərsizləşdirdikləri soyğunçuların üzərinə baxış keçirilən zaman onlardan 1 ədəd “Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı müəyyən olunub ki, A.Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb və hazırda Bakı şəhər Binəqədi RPİ-də dələduzluq etdiyinə görə istintaqa cəlb olunub.

Qeyd edək ki, soyğun zamanı onların götürdükləri 1 ədəd mobil telefon və 1 ədəd gümüş üzük istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 203



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!