Gəncədə Nuru Paşanın büstünün açılışı olub

6 ay əvvəl     Ölkə 0
Gəncədə Nuru Paşanın büstünün açılışı olub

Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Baş Konsulluğun fəaliyyət göstərdiyi binada Nuru Paşanın büstünün açılışı olub.

GancaPost.com xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Gəncədəki Baş Konsulu Orhan İşık və şəhər ziyalıları iştirak ediblər.

"Nuru paşa bir hərbçi kimi Azərbaycanda böyük uğur əldə edib". Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral səsləndirib. O qeyd edib ki, Nuru paşanın burada qazandığı qələbələr təkcə Osmanlı dövlətinin deyil, Azərbaycanın da hərb tarixinə yazılıb".

Tədbirdə "Qafqaz İslam Ordusu"nun fəaliyyətinə dair fotoşəkillərdən ibarət sərgi də təşkil edilib.

Qeyd edək ki, Gəncədə Şeyxzamanlılar nəslinə məxsus olan ev Nuru paşa Gəncədə olduğu müddətdə qərargah kimi istifadə edilib.

Oxunub : 277


    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!