Gəncədə su təsərrüfatı sisteminin yenilənməsi davam edir

11 ay əvvəl     Ölkə 0
Gəncədə su təsərrüfatı sisteminin yenilənməsi davam edir

Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasının 4-cü mərhələsi davam etdirilir. 5 aya yaxındır aparılan işlər şəhərin mərkəzi küçə və prospektlərində yekunlaşıb. Layihə çərçivəsində sovet dönəmindən qalan və istismar müddətini başa vuran müxtəlif diametirli su və kanalizasiya xəttləri yenilənir.

Layihənini 4-cü mərhələsi 3 il müddətinə həyata keçiriləcək. Bu müddətdə 179 km-dən çox su xətti, 144 km kanalizasiya xəttinin, 45 km kollektorun çəkilməsi yekunlaşmalıdır. Bu istiqamətdə podratçı şirkət tərəfindən işlər şəhərin Üzeyir Hacıbəyov, Sahil, Hüseyn Cavid, Qəmbər Hüseynli, Dədə Qorqud küçələrində aparılır. Bununla yanaşı Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğunun tikintisinə də hazırlıq gedir.

Layihə rəhbəri Hasan Atasoyun ARB TV-yə verdiyi məlumata əsasən, layihə çərçivəsində şəhərin Cavadxan qəsəbəsində tutumu 5 min kub metr olan su anbarının inşasına da başlanılıb. Su anbarımızın mənbəyi Göygöldən gələn sudur. Hazırda anbarda ilkin işlər yekunlaşdırlıb və betonlamaya başlanılacaq. Burada görülən işlər 3 aya yekunlaşdırılacaq. Bu su anbarının yanında 5 min kub metr tutumu olan daha bir su anbarı da inşa ediləcək. Hazırda 350 min sakini olan Gəncədə əhalinin təxminən 45 faizi mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur.

Şəhərdə 315 km uzunluğunda kanalizasiya şəbəkəsi mövcud olsa da bu əhalinin təqribən 45 faizini əhatə edir. Sutəmizləyici qurğuların isə 90-cı illərdən işləməməsi tullantı sularının Samux rayonu ərazisindəki boş sahələrə axıdılması ilə nəticələnir.

Oxunub : 796



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!