Gəncədə tanınmış həkim və qızı qətlə yetirilib

2 ay əvvəl     Ölkə 0
Gəncədə tanınmış həkim və qızı qətlə yetirilib

Gəncədə kürəkəni tərəfindən qızı ilə birlikdə qətlə yetirilən 62 yaşlı Namiq Əkbərov Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim-terapevt işləyib və Gəncədə tanınmış həkim olub. Həyat yoldaşı tərəfindən öldürülən 1991-ci il təvəllüdlü Əkbərova İlahə Namiq qızı isə təzəcə ailə qurubmuş.

Xatırladaq ki, dünən Gəncə şəhərində ata və qızı odlu silahla qətlə yetirilib. Hadisə şəhərin Bağbanlar küçəsi, birinci döngə, ev 1-də baş verib. 1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb oğlunun evinə gələrək onu, həmçinin ata evində olan 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş açaraq qətlə yetirib. Atəş zamanı pəncərə şüşəsinin qırılaraq yerə tökülməsi nəticəsində onun 1969-cu il təvəllüdlü qayınanası Əkbərova Arzu Zəfər qızı da xəsarət alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, ötən gün M.Məmmədovla İ.Əkbərova boşanma ərəfəsində olublar.

Oxunub : 5332



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!