Gəncədə "Tatra" markalı yük maşını istehsal ediləcək

7 ay əvvəl     İqtisadiyyat 0
Gəncədə

Azərbaycanın Çexiyadakı səfirliyində  Gəncə Avtomobil Zavodu və Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair Memorandum imzalanıb.

GancaPost xəbər verir ki, səfirlikdən verilən məlumata görə, memorandumu "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “Tatra” şirkətinin İdarə Heyətinin sədri Petr Rusek imzalayıb.

Əldə edilmiş razılaşmaya əsasən, 2018-ci ildən etibarən Azərbaycanda müxtəlif növ “Tatra” yük maşınlarının istehsalına başlanılacaq.

Memorandumun imzalanması münasibətilə keçirilən tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Azərbaycan-Avropa Ticarət Palatasının rəhbərliyi və mətbuat nümayəndələri iştirak ediblər.

Oxunub : 233



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!