Gəncədəki futbol oyunu zamanı baş verən qarşıdurma ilə bağlı - AÇIQLAMA

7 ay əvvəl     İdman 0
Gəncədəki futbol oyunu zamanı baş verən qarşıdurma ilə bağlı - AÇIQLAMA

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Qərb Regional Qrupu Gəncədə keçirilən Kəpəz - Neftçi futbol oyunu zamanı polislə azarkeşlər arasında baş vermiş qarşıdurma ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin Qərb Regional Qrupunun baş inspektoru Eşqin Qasimovun 'Report'a verdiyi məlumata görə, oyun zamanı və ya oyundan sonra heç kim saxlanılmayıb: 'Gəncədə keçirilən futbol oyunu zamanı Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları asayişin, təhlükəsizliyin təmin olunmasında iştirak ediblər. Qeyd etmək lazımdır ki, oyun öz axarında davam edib və azarkeşlərin səsləndirdiyi hər hansı bir şüar, pankarta görə polis əməkdaşları güc tətbiq etməyib. İddia edildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı hər hansı bir yazılı və ya şifahi şüar səsləndirilməyib. Bütün bunların nəticəsi kimi, oyun zamanı və ya oyundan sonra heç kim saxlanılmayıb".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 28-ci turunda Gəncədə Kəpəz - Neftçi oyunundan əvvəl yerli azarkeşlərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə bağlı pankart açmaq istəyinə polislərin qadağa qoyması haqda bəzi KİV-lərdə və sosial şəbəkələrdə məlumat verilib. Bir qrup fanatlar qarşılaşmaya daxil olmaq istəyərkən əllərində 'Cümhuriyyət Quran Kişilərin Nəvələriyik!' pankartı olub. Polislər azarkeşlərin pankartı stadiona aparmasına imkan vermədiyi üçün qalmaqal baş verib.

Oxunub : 197


    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!