Gəncədəki hadisələrlə bağlı din xadimləri Gəncədə olublar

3 ay əvvəl     Cəmiyyət 0
Gəncədəki hadisələrlə bağlı din xadimləri Gəncədə olublar

Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə müşavirə keçirilib.

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, ilahiyyatçı Hacı Şahin Həsənli və ölkədəki din xadimləri Gəncə şəhərində olublar.

GancaPost.com xəbər verir ki, səfər çərçivəsində qurum rəsmiləri İmamzadə ziyarətgahında iyulun 10-da Gəncədə baş verən hadisə zamanı qətlə yetirilmiş polis zabitlərinin ruhuna verilən ehsan mərasimində iştirak ediblər.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsi qazılarının, o cümlədən Gəncəbasar bölgəsində və ölkənin digər bölgələrində fəaliyyət göstərən din xadimlərinin iştirakı ilə geniş toplantı keçirilib. Toplantıda Gəncədə törədilmiş hadisələr ətrafında söhbət aparılıb, törədilən qanlı olayların terror aktı olduğu və bunun dinlə heç bir əlaqəsinin olmadığı çıxışçılar tərəfindən qeyd olunub. Müşavirədə terror aktını törədənlərin İslama mənsub olmalarının mümkünsüzlüyü, əslində onların İslam əleyhinə köklənmiş insanlar olduğu bir daha vurğulanıb.

Oxunub : 96



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!