Gəncəli kriminal avtoritet Tbilisidə saxlanılıb – VİDEO

1 il əvvəl     Cəmiyyət 0
Gəncəli kriminal avtoritet Tbilisidə saxlanılıb – VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşlarının Tbilisidə keçirilən xüsusi əməliyyat nəticəsində hədə-qorxu ilə tələbetmə maddəsi ilə ittiham olunan azərbaycanlı, Gəncə şəhərindən olan kriminal avtoritet saxlanılıb. Məlum olub ki, saxlanılan azərbaycanlı Elçin gürcü “həmkarı” ilə birgə bir nəfəri ölümlə hədələyərək ondan 2 min dollar istəyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri zərərçəkən zəruri miqdarda pulu onlara verməzdən əvvəl saxlayıb.

Belə ki, məkana əvvəlcədən yerləşdirilən video kamera vasitəsilə baş verənlər qeydə alınıb. Videodan da göründüyü kimi, azərbaycanlı Gəncədən olduğunu “Malış krıtnıy” ləqəbi ilə tanındığını, həmçinin “böyük vor ailəsinin oğlu” olduğunu bildirir.

Təqsirləndirilən şəxsin dediyinə görə, onu Gürcüstana "oğrular" göndərib və pulları ona vermək lazımdır.

Təqsirləndirilən şəxslərə hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başlanıb.

Oxunub : 1273



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!