Gəncəli kriminal avtoritet vəfat etdi

3 ay əvvəl     Ölkə 1
Gəncəli kriminal avtoritet vəfat etdi

Fevralın 20-də Rusiyanın Tula şəhərində yerləşən həbsxanada kriminal aləmdə "Abbas Tulskiy" adı ilə tanınan Abbasqulu Poladov vəfat edib.

GancaPost portalı xəbər verir ki, Abbas Tulskiy (Gəncinskiy) adı ilə tanınan məşhur gəncəli kriminal avtoritet Abbasqulu Poladovun səhhətində ciddi problemləri olub. O, şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Abbasqulu Poladov 1971-ci il yanvar ayının 21-də Gəncə şəhərində anadan olub.

"Abbas Tulskiy"in cənazəsi bu gün Gəncəyə gətirilərək doğulduğu şəhərdə torpağa tapşırılıb.

Mərhumun yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.

 

GancaPost.com

Oxunub : 7944



  1. Avatar Anar Ali
    Allah rehmet elesin! Gencemizin fexri idi.
    3 ay əvvəl