Gəncəli professor Prezident Administrasiyasına şöbə müdiri təyin olundu

5 ay əvvəl     Ölkə 1
Gəncəli professor Prezident Administrasiyasına şöbə müdiri təyin olundu

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni kadr təyinatı olub.

GancaPost portalı xəbər verir ki, Etibar Nəcəfov Administrasiyanın Millətlərarası münasibətlər, Multikulturalizm və Dini məsələlər şöbəsinin müdiri təyin edilib. Bu haqda məlumat Azərbaycan Prezidentinin rəsmi saytında yerləşdirlib.

Bu təyinat nəticəsində Administrasiyada vakant vəzifələrin sayı 3-dən 2-yə enib. Hazırda Prezident Administrasiyasında Humanitar siyasət məsələləri şöbəsinin müdiri və İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifələri də təyinat gözləyir.
Qeyd edək ki, E.Nəcəfov bu təyinatadək də Prezident Administrasiyasında çalışırdı. O, Administrasiyada millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi vəzifəsini tuturdu.

Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Atası Əli Nəcəfov və anası Ulduz xanım Nəcəfova Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi işləməyə Daşkəsən rayonuna göndərildiyindən Etibar Nəcəfov orta məktəbi 1980-ci ildə həmin rayonda bitirib. Elə həmin ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olunub. 1985-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına “Sosial fəlsəfə” ixtisası üzrə qəbul olub.
8 dekabr 1988-ci ildə “Elmi-texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası“ mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 27 fevral 2004-cü ildə “Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, Beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri vəzifələrində işləyib. Hazırda Bakı Slavyan Universitetində Avropaşünaslıq kafedrasının professoru və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Fəlsəfə və sosial psixologiya kafedrasının müdiri vəzifəsində işləyir. 
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyində çalışıb.

70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir. ABŞ-ın bir sıra ştatlarında, Norveç, Rusiya, Türkiyə, İsveç, Macarıstan, Avstriya, Hollandiya, Qazaxstan, Gürcüstan və digər ölkələrdə beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib. 
2002-2005- ci illərdə fasilələrlə Nyu-Yorkun Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində magistrlara dərs deyib. Tədris və tədqiqat sahəsinə aid ABŞ-ın və bir neçə Avropa ölkələrinin təsis etdiyi qrantlara layiq görülüb.

Oxunub : 3078



  1. Avatar Anar Alizade
    TEBRIKLER!
    5 ay əvvəl