Gəncənin bu prospektindəki evlər plana düşür

9 ay əvvəl     Ölkə 0
Gəncənin bu prospektindəki evlər plana düşür

Gəncədə çayın sol sahilində də bulvar salınacaq və Nizami prospektinin Gəncəçaydan Heydər Əliyev prospektinədək olan hissəsi genişləndiriləcək.

GancaPost portalı ARB TV-yə istinadən xəbər verir ki, bu barədə Şəhər fəallarının iclasında qeyd olunub. Şəhərin Nizami prospektində icrasına başlanılacaq yeni layihə yolun 32 metrədək genişləndirilməsini nəzərdə tutur. Bu isə təxminən 560 metrlik hissəni əhatə edəcək. Yolun 4 zolaqlı olması üçün ərazidəki 81 fərdi yaşayış evi və 69 mağaza sökülərək yerində 9 mərtəbəli yaşayış binalarının tikilməsi gündəmdədir. Hansı ki 1-2-ci mərtəbələri ticarət obyektləri olacaq.

Yolun genişləndirilməsinə Nizami prospektinin Gəncəçaydan sonrakı hissəsindən başlanılacaq. Çayın sol sahilində də istirahət zonası, yəni bulvarın salınması planlaşdırılır. 1,2 km uzunluğu olacaq yeni park bulvarın keçəcəyi əraziyə düşən tikililər söküləcək, kommunikasiya xətləri yenilənəcək, ərazidə yaşıllıq zolağı, istirahət guşələri yaradılacaq.

Həmçinin şəhərdə Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın və İdman sarayının tikintisinə başlamaq da planlaşdırılır.

Oxunub : 5896



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!