Gəncənin keçmiş Polis rəisi vəfat edib

9 ay əvvəl     Ölkə 0
Gəncənin keçmiş Polis rəisi vəfat edib

1996-cı ildə Gəncə şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışan Natiq Əfəndiyev Gəncədə yaşadığı evdə vəfat edib.

GancaPost.com xəbər verir ki, keçmiş polis polkovniki Natiq Əfəndiyev eks-spiker Rəsul Quliyevin sadiq tərəfdarlarından biri idi. 1996-cı ildə Gəncə şəhər Polis İdarəsinin rəisi vəzifəsindən azad olunan N.Əfəndiyev Türkiyəyə mühacirət etmiş, 2000-ci ilin yanvar ayında həbs olunaraq Azərbaycana ekstradisiya olunmuşdu. Məhkəmə onu ömürlük həbsə məhkum etsə də, 2005-ci ildə mart ayında Prezidentin imzaladığı əfv fərmanı ilə həbsdən azad olunmuşdu. Lakin N.Əfəndiyev bir müddət sonra qanunsuz silah gəzdirmə maddəsi ilə yenidən həbs olunur. 2010-cu ildə həbsdən çıxdıqdan sonra siyasətdən uzaqlaşan N.Əfəndiyevin ABŞ-da ailəsinin yanında yaşadığı bildirilirdi.

Oxunub : 5241


    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!