Gəncəyə gələn turistlərin sayı artıb

9 ay əvvəl     Ölkə 0
Gəncəyə gələn turistlərin sayı artıb

Bu ilin 9 ayı ərzində Gəncə şəhərinə respublikanın ayrı-ayrı şəhər və rayonlarından 22 min 927 turist gəlib. Xarici ölkələrdən gələn qonaq və turistlərin sayı isə 7 min 800 nəfər olub.

GancaPost xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən Azərtac-a bildirilib ki, Nizami yurdunu ziyarət edən yerli turist və qonaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min 120 nəfər, xarici qonaqların sayı isə 1050 nəfər artıb.

Qeyd edilib ki, şəhərdə olan turistlərin 27 min 855 nəfəri Heydər Əliyev Park-Kompleksinə, Məhsəti Gəncəvi Mərkəzinə, dahi şair Nizami Gəncəvinin türbə kompleksinə və muzeyinə, Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinə, Gəncə İmamzadə Ziyarətgahına, Xan bağına, eləcə də şəhərin digər tarixi abidələrinə və görməli yerlərinə ekskursiya edərək, həmin məkanlardan xoş təəssüratlarla ayrılıblar.

Oxunub : 267



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!