Goranboyda idarə rəisi işçini döydü

4 ay əvvəl     Ölkə 0
Goranboyda idarə rəisi işçini döydü

Goranboy rayonunda iş icraçısı döyülüb. GancaPost portalı "Report"a istinadən xəbər verir ki, nəticədə 1973-cü il təvəllüdlü Qızılhacılı kənd sakini Allahverdiyev Sadiq Yaşar oğlu boyun nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində iş icraçısı kimi fəaliyyət göstərən S.Allahverdiyev idarənin rəisi Gündüz Bağırov tərəfindən döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 152



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!