Göygöl və Daşkəsəndə kənd turizmi ilə bağlı təlim keçirilib

2 ay əvvəl     Ölkə 0
Göygöl və Daşkəsəndə kənd turizmi ilə bağlı təlim keçirilib

‘Sosial və İqtisadi Rifaha Yardım’ İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 19-24 iyun 2018 tarixlərində Göygöl və Daşkəsən rayonlarında ‘Regionda kənd turizminin inkişafı istiqamətində tədbirlərin təşkili’ layihəsini icra etmişdir.

GancaPost.com xəbər verir ki, layihə çərçivəsində ümumilikdə 100 nəfər yerli kənd sakinlərinə kənd turizminin mahiyyəti, istiqamətləri və imkanları haqqında 4 gün ərzində təlim keçirilmişdir. Layihədə kənd turizminin inkişafına kömək edən milli-mədəni dəyərlərlə yanaşı yüksək ekoloji durumun vacibliyi qeyd olunmuşdur. Həmçinin yerli icmaları səfərbər etmək məqsədilə Göygöl rayon Nurud kənd yolu, Daşkəsən rayon Çovdar kənd yolu ətrafında iməclik təşkil edilmiş və 170 ədəd həmişəyaşıl şam ağacları əkilmişdir.

‘Sosial və İqtisadi Rifaha Yardım’ İctimai Birliyinin təşkil etdiyi təlimlər iştirakçılar tərəfindən müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflər sırasında Daşkəsən rayon Aşağı Daşkəsən qəsəbəsinin turist qəbul etmək imkanı olan yerli əhalinin evləri və təsərrüfatları haqda, eləcədə rayonun turist cəlb edən məkanları haqda məlumat bazası xarakterli internet portalı yaratmaq ideyası irəli sürülmüşdür. Qeyd olunan təkliflərin reallaşması və layihənin davamlılığını təmin etmək üçün “Sosial və İqtisadi Rifaha Yardım” İctimai Birliyi bu sahədə davamlı olaraq iş aparmağı öz üzərinə götürmüşdür.

Oxunub : 82



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!