Gürcüstanda Sovet İşğalı günü rəsmən elan edildi

7 ay əvvəl     Dünya 0
Gürcüstanda Sovet İşğalı günü rəsmən elan edildi

Gürcüstan Parlamentinin qərarı ilə fevralın 25-i ölkədə Sovet İşğalı günü elan olunub.

GancaPost.com xəbər verir ki, 25 fevral 1921-ci ildə Gürcüstan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal olunub.

1918-ci ilin 26 may tarixində elan olunan Gürcüstan Demokratik Respublikasının Sovet imperiyası tərəfindən işğalı zamanı həlak olmuş insanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Gürcüstanın dövlət idarə və müəssisələrində dövlət bayraqları endirilib.

Sovet İşğalı günü ilə əlaqədar Gürcüstanın paytaxtında və bölgələrdə tədbirlər keçirilib, gənclərə sovet işğalı ilə bağlı məlumatlar verilib.

Oxunub : 174



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!