İtirilmiş sürücülük vəsiqəsi necə bərpa edilir? - Açıqlama

2 ay əvvəl     Ölkə 0
İtirilmiş sürücülük vəsiqəsi necə bərpa edilir? - Açıqlama

Sürücülük vəsiqəsini itirən xeyli sürücü var. Onları düşündürən əsas məsələ vəsiqənin yenidən bərpasıdır. Bəs, itirilmiş sürücülük vəsiqəsini yenidən necə bərpa etmək olar? GancaPost portalı Avtosfer-ə istinadən xəbər verir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, əvvəlcə vətəndaşın sürücülük vəsiqəsini itirdiyini, yoxsa qayda pozuntularına yol verdiyi üçün sürücülük hüququndan məhrum edildiyi dəqiqləşdirilməlidir. Vəsiqə həqiqətən itirilibsə, vətəndaşa onun sürücülük hüququndan məhrum edilmədiyinə dair arayış verilir: “Bundan sonra həmin şəxs, Baş Dövlət Yol Polisi İdarəsinin yerli qeydiyyat-imtahan şöbəsinə həmin arayışı, şəxsiyyət vəsiqəsini və s. təqdim etməlidir. Bir gün ərzində sürücü yeni sürücülük vəsiqəsi ilə təmin edilir. Bunun üçün 18 manat həcmində dövlət rüsumu nəzərdə tutulur”.

Oxunub : 96



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!