'Kəpəz' ardıcıl 7-ci məğlubiyyətlə üzləşib

10 ay əvvəl     İdman 0
'Kəpəz' ardıcıl 7-ci məğlubiyyətlə üzləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

GancaPost.com xəbər verir ki, turun son oyununda 'Qarabağ' və 'Kəpəz' komandaları üz-üzə gəlib.

'Azərsun Arena'da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 85-ci dəqiqədə Riçard Almeyda vurub.

Bununla da turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan 'Kəpəz' ardıcıl 7-ci oyundan məğlub ayrılıb və 7 xalla sonuncu pillədə qalıb.

Oxunub : 223


    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!