'Kurtlar Vadisi'nin 'Ömər baba'sı Gəncəyə gəldi

2 ay əvvəl     Mədəniyyət 0
'Kurtlar Vadisi'nin 'Ömər baba'sı Gəncəyə gəldi

Məşhur türk aktyoru Emin Olcay Gəncəyə səfər edib.

GancaPost xəbər verir ki, o Gəncəyə Milli Teatrın yaranmasının 145 illiyi münasibətilə baş tutan tamaşada iştirak etmək üçün gəlib.

Gəncə Dövlət Dram Teatrında Tuncer Cücenoğlunun 'Matryoşka' adlı romantik komediyası teatrsevərlərə təqdim edilib. Tamaşaçılar arasında əsərin müəllifi Tuncer Cücenoğlu və məşhur türk aktyoru Emin Olcay da olub.

Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, müsiqi tərtibatçısı Tünzalə Mustafayevadır. Tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Sevda Orucova və aktyor Yusif Cəfərov ifa edib.

Qeyd edək ki, Emin Olcay 'Kurtlar Vadisi' serialındakı Ömər baba rolu ilə məşhurlaşıb. O, tanınmış türk aktyoru Necati Şaşmazın atası rolunu oynayırdı.

GancaPost.com

Oxunub : 7052



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!