Prezident Gəncədə xidməti olan şəxsləri təltif etdi - SİYAHI

7 ay əvvəl     Siyasət 0
Prezident Gəncədə xidməti olan şəxsləri təltif etdi - SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev Elmar Rüstəm oğlu Vəliyevin II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

GancaPost-un məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

 

Prezident İlham Əliyev Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında da Sərəncam imzalayıb.

Sərəncamla Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilib:

III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Fuad Yusif oğlu

“Tərəqqi” medalı ilə

Alıyev Qurban Məhəmməd oğlu

Həsənov Asəf Nurəddin oğlu

İsmayılov Cəmşid Baba oğlu

Tağıyev Vüsal Rasim oğlu

Zeynalov Fəxrəddin Kamil oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Qocayev Şahlar İsmayıl oğlu

Mikayılova Mehriban Firuddin qızı

Səmədov Vurğun Abbas oğlu.

 

Prezident İlham Əliyev Yusif Əmiralı oğlu Yusibovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə təltif edilib.

 

Prezident İlham Əliyev Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında da Sərəncam imzalayıb.

Sərəncamla Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Bayramov Adil Müseyib oğlu

Bayramov Rafael Əli oğlu

İbrahimova Sevinc Süleyman qızı

“Əməkdar artist”

Məmmədova Kəmalə İmdad qızı

“Əməkdar rəssam”

Abdullayev Faik Nağı oğlu

İmamverdiyev Musa İsmayıl oğlu

“Əməkdar mədəniyyət işçisi”

Cəfərova Mehparə İrza qızı

Hacıyev Sənan Zahid oğlu

Hüseynova Xəzangül Abbasqulu qızı

Muradov Bəxtiyar Yunis oğlu

“Əməkdar müəllim”

Abdullayeva Sahibə Zahid qızı

Hüseynov Valeh Məmməd oğlu

Qurbanəliyeva Sevda Firuddin qızı

Məmmədova Sara Zeynal qızı

Səfərova Aidə Kamal qızı

Yusifova Elnura Məsim qızı

“Əməkdar həkim”

Əsgərova Sevda Cəmil qızı

Rəhimov İlqar Mahmud oğlu

Sadıqova Xalidə İdris qızı

“Əməkdar memar”

Musayev Nəbi Əmirqulu oğlu

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Həsənov Asif Zahid oğlu

“Əməkdar jurnalist”

Nəbiyev Yaşar Nəcəf oğlu

“Əməkdar mühəndis”

Babayev Tahir Qüdrət oğlu

Qəhrəmanov Bəhruz Şərif oğlu

Mustafayev Hafiz Carı oğlu

Ramazanov Əkbər Əhməd oğlu

 

Prezident İlham Əliyev Şərif Hacı oğlu Şərifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Gəncə şəhərinin baş rəssamı Şərif Şərifov Gəncə şəhərinin sosial-mədəni həyatında fəal iştirakına görə Prezidentinin fərdi təqaüdü verilib.

Oxunub : 3439



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!