“Qədim Gəncə”nin ərazisində təmizlik aksiyası keçirilib

8 ay əvvəl     Ölkə 0
“Qədim Gəncə”nin ərazisində təmizlik aksiyası keçirilib

IDEA İctimai Birliyi, “Cavan” Gənclər Hərəkatı və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 4-də Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun ərazisində təmizlik aksiyası keçirilib.

Aksiyada Gəncə şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, QHT üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Aksiyanın keçirilməsində məqsəd Gəncə çayının sahilində yerləşən, şəhərin qədim arxeoloji qazıntı ərazisinin çirkləndirilməsinin qarşısının alınması, o cümlədən bu ərazilərdə təmizliyə riayət olunması, atılan məişət tullantılarının ətraf mühitə, Gəncə çayına və nəticə etibarilə Kür çayının faunasına vurduğu ziyanla bağlı ictimaiyyətin maarifləndirilməsi olub.

Sanitar normalara uyğun müxtəlif ləvazimat və xüsusi geyimlə təchiz olunan gənclər Gəncə çayı və onun sahilini məişət tullantılarından təmizləyiblər. Torbalara yığılan tullantılar bir yerə toplandıqdan sonra xüsusi nəqliyyat vasitəsilə Gəncə tullantılar poliqonuna təhvil verilib. Aksiya zamanı yerli sakinlər, o cümlədən gənclər çayın tullantılarla çirkləndirilməsinin ərazinin landşaftının məhvinə, eləcə də ekosistemdəki tarazlığın pozulmasına təsirləri barədə məlumatlandırılıblar.

Oxunub : 275



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!