“Rusiyanın sayəsində Suriya xilas oldu”

8 ay əvvəl     Dünya 0
“Rusiyanın sayəsində Suriya xilas oldu”

Rusiya Prezidenti Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

Kremlin saytında verilən məlumata görə, B.Əsəd Rusiyada işgüzar səfərdədir.

RF lideri Suriyanın dövlət başçısını terrorizmlə uğurlu mübarizə münasibətilə təbrik edib.

Cavabında B.Əsəd vurğulayıb ki, Rusiyanın sayəsində Suriya dövlət kimi xilas oldu: "Suriyanın bir çox rayonları terrorçulardan azad edildi, suriyalılar bu ərazilərə qayıda bildi".

V.Putin qeyd edib ki, terrorçuluq qlobal xarakter alıb: “Terror üzərində tam qələbəyə hələ çox qalıb. Ancaq bizim terrora qarşı birgə mübarizəmiz nəticəsində Suriya ərazisində hərbi əməliyyatlar gerçəkdən başa çatmaq üzrədir”.

Xatırladaq ki, Vladimir Putinlə Bəşşar Əsəd sonuncu dəfə 2015-ci il oktyabrın 21-də Moskvada görüşüblər.

Oxunub : 236



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!