Texnologiya Universitetinin işçisi məhkəmədə rektora qalib gəldi

4 ay əvvəl     Ölkə 0
Texnologiya Universitetinin işçisi məhkəmədə rektora qalib gəldi

Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov tərəfindən işindən kənarlaşdırılan Gəncədə məskunlaşan Kəlbəcər rayon köçkünü Azər Allahverdiyev məhkəmə qərarı ilə öz işinə bərpa edilib.

GancaPost saytı xəbər verir ki, bu barədə gununsesi.info-ya adıçəkilən şəxsin özü bildirib.

Qeyd edək ki, uzun zamandır rektorun qanunsuzluqları ilə üz-üzə qalan universitet əməkdaşı bu dəfə Ölkə Başçısına müraciət edib.

Müraciətdə Azər Allahverdiyev rektoru korrupsiyada ittiham edib. O, bildirir ki, Maliyyə Nazirliyinin yoxlaması nəticəsində Universitetdə 1,3 milyon manat mənimsəmə faktı aşkarlanıb: "Bununla bağlı materiallar sonradan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Cinayət işinin istintaqı tamamlandıqdan sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bu işlə bağlı yüzlərlə şahid məhkəməyə dəvət olunub. Odur ki, adı korrupsiya faktlarında hallanan bu şəxs haqqında aidiyyatı qurumlara ünvanlanan şikayət və ərizələrə ciddi baxılmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm".

P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Oxunub : 223



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!