Tramp 2020-ci ildə Prezidentliyə namizədliyini irəli sürəcək

6 ay əvvəl     Dünya 0
Tramp 2020-ci ildə Prezidentliyə namizədliyini irəli sürəcək

ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək dövlət başçısı seçkilərində yenidən namizədliyini irəli sürmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə Ağ Evin mətbuat katibinin müavini Hoqan Gidli deyib.

"Şübhəsiz ki, Tramp növbəti seçkilərdə yenidən Prezidentliyə görə mübarizə aparacaq", - Gidli deyib.

Onun bəyanatının stenoqrammını Ağ Ev yayıb.

Tramp 2016-cı ilin noyabr ayında keçirilən Prezident seçkilərində Demokrat namizəd Hillari Klinton üzərində qələbə qazanaraq dövlət başçısı olub. O, vəzifəsinin icrasına 20 yanvar 2017-ci ildə başlayıb.

Oxunub : 199



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!