Tramp: Facebook Klintonu dəstəkləyirdi

1 il əvvəl     Dünya 0
Tramp: Facebook Klintonu dəstəkləyirdi

ABŞ prezidenti Donald Tramp “Facebook” şirkətinin 2016-cı il prezident seçkiləri zamanı onu yox, rəqibi Hillari Klintonu dəstəklədiyini bildirib.

“RİA Novosti” xəbər verir ki, Donald Tramp bu barədə “Twitter” səhifəsində yazıb.

“Fırıldaqçılığa meylli Hillari Klinton seçkilərə məndən yüzlərlə milyon dollar çox xərcləyib. “Facebook” mənim yox, onun tərəfindəydi!”, - deyə D.Tramp qeyd edib.

Onun sözlərinə görə, CNN, ABC, NBC və CBS telekanallarında saxta xəbərlərin dərc edilməsində də milyardlarla dollar xərclənib.

Oxunub : 423


    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!