Türkiyənin tanınmış aktyoru: Əslən Gəncəliyəm...

9 ay əvvəl     Mədəniyyət 0
Türkiyənin tanınmış aktyoru: Əslən Gəncəliyəm...

GancaPost portalı xəbər verir ki, Türkiyənin tanınmış aktyoru Tamer Karadağlı Bakıya gəlib. Səfərdə məqsəd azərbaycanlı aktrisa Məlahət Abbasovanın təqdimatı ilə ATV-də yayımlanan Məlahətli söhbətlər verilişində iştirak etməkdir.

Azərbaycan əsilli aktyor Bakıya heyran qaldığını və buradakı qohumları ilə artıq görüşlər təyin etdiyini deyib: Burada qohumlarım çoxdur. Hamısı mənə zəng edib görüşməyə dəvət edirlər. Əslən Gəncə şəhərindən olduğum üçün orada da qohumlarım var. Ona görə də planımda Gəncəyə getmək də var. Çünki qohumlarımı görmək istəyirəm. Burada çox sevildiyimi bilirdim, ancaq bu qədərini təsəvvür etmirdim. Çox sevindim.

Sənətçi ailəsində Azərbaycan mətbəxindən xörəklərin tez-tez hazırlandığını qeyd edərək həmin təamları vətənində yeməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: Ailəmdə piti kimi yeməklər bişirilir. Doğulduğumdan bəri Azərbaycan mətbəxi ilə böyümüşəm. Onun üçün mənə heç də yad deyil.

Tamer Karadağlı rol aldığı “Çocuklar Duymasın” serialından da danışıb:

“Dünya çox kiçilib. İnternet vasitəsilə çox məlumat əldə edə bilirik. Uşaqlığım Amerikada keçib. Xalalarım orada idi, sonra Türkiyəyə qayıtdıq. Əvvəl biz xaricə zəng etmək üçün saatlarla növbə gözləyirdik. Həyat indi daha rahat yaşanır hala gəlib. İnsanların istəyi varsa, dünyayı gəzə bilər.

Ona görə də “Çocuklar Duymasın”da da dəyişiklik edildi. İndi əvvəlki uşaqlar serialda yoxdur. Havuçun saqqalı var, 27 yaşındadır. İndi öz ailələri, uşaqları, evləri var. Pınar Altuğla Havuç oğul-ana kimi yox, sevgili kimi görünürlər. Onların serialda yeri yoxdur. Ekran işi Zeronun qızıyla, Dominat teyzenin uşaqları üzərində davam edir”.

Oxunub : 4878



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!