“Türkiyəyə sanksiya tətbiq olunmalıdır”

1 il əvvəl     Dünya 0
“Türkiyəyə sanksiya tətbiq olunmalıdır”

“Washington Post” qəzeti Rusiyaya tətbiq olunan sanksiyalar çərçivəsində Rusiyadan S-400 zenit-raket sistemləri aldığına görə ABŞ hakimiyyətini Türkiyəyə qarşı sanksiya tətbiq etməyə çağırıb.

GancaPost-un məlumatına görə, qəzetin jurnalisti Josh Rogin Türkiyəyə qarşı sanksiyalara çağıran yazısında qeyd edir: “Konqresdə qəbul olunan və prezident Tramp tərəfindən imzalanan Rusiyaya qarşı sanksiya qanunu xəbərdar etdikdə, hakimiyyətin sanksiyaya məruz qalmış rus şirkətləri ilə əməkdaşlıq etdiyi üçün Türkiyəyə sanksiya tətbiq etməsi və ölkəyə ABŞ silahı satışını dayandırması lazımdır. Bəs Tramp bunu edəcəkmi?”

Jurnalist bu sualı ABŞ-ın NATO səfiri Kay Beyli Hatçisona verdiyini, Hatçisonun da ona “bəlkə” cavabı verdiyini deyərək qeyd edir: “Hatçison Tramp hakimiyyətinin Türkiyənin rus müdafiə sənayesi ilə razılıq əldə etməsi halında bunun nəticələrinin nə ola biləcəyinin fərqində olduğunu deyib, ancaq hakimiyyət bununla bağlı hələ nə edəcəyinə qərar verməyib. Hatçison “Doğrusu böyük narahatlıq var, bununla bağlı şübhə yoxdur. Amma digər tərəfdən Türkiyə çox dəyərli NATO müttəfiqidir. NATO-nun hər çağırışına qarşılıq verdilər” cavabı verib.

Oxunub : 349



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!