“Xan bağı”nda kitab rəfi quraşdırılıb

1 həftə əvvəl     Elm 0
“Xan bağı”nda kitab rəfi quraşdırılıb

Gəncə şəhərinin qədim istirahət mərkəzlərindən biri olan “Xan Bağı” istirahət parkında “Oxuyan gənclik – Sərbəst Kitabxana” layihəsi çərçivəsində yeni kitab rəfi quraşdırılıb. Rəfə ilk kitablar layihənin icraçısı Fərrux Rəhimov, “Xan bağı” istirahət parkının rəhbəri Elmir Bağırov, Gəncə Kitab Klubunun rəhbəri Ülviyyə Mahmudova və klubun icraçı katibi Emil Əliyev tərəfindən yerləşdirilib.

Artıq bir ildən artıq müddətdir ki, “Oxuyan gənclik – Sərbəst Kitabxana” layihəsi çərçivəsində şəhərin müxtəlif yerlərində kitab rəfləri quraşdırılıb. ADAU (iki rəf), GDU, Gənclər evi, Park-bulvar kompleksi və Cavad xan küçəsində quraşdırılan kitab rəfləri şəhər əhalisi, eləcə də şəhərimizin qonaqları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Layihənin icraçısı Fərrux Rəhimov qeyd edib ki, gündən-günə layihəyə maraq artır. Müxtəlif televiziya kanalları layihə haqqında reportajlar hazırlayır, oxucular tərəfindən rəflərə kitablar hədiyyə olunur. Hətta, şəhərin müxtəlif yerlərində kitab rəflərinin quraşdırılması üçün bizə  müraciətlər olunur.

Oxunub : 204



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!